Yuri Matias: "Qalib gəlsək də, məğlub olsaq da, “Neftçi” əbədi olaraq böyük klub qalacaq"

"Neftçi"nin futbolçusu Yuri Matias Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz"la oyundan (0:0) sonra açıqlama verib.

Presssport.az xəbər verir ki, o, əvvəlcə oyunun istədikləri kimi keçmədiyini bildirib: “Bizim üçün çox çətin idi. Matça hazırlaşanda çalışırdıq ki, baxımlı futbol oynayaq, oyunu müdafiədən quraq. Lakin bu meydanda bunları etmək mümkün olmadı, futbol oynamaq alınmadı. Məcbur olduq ki, uzun ötürmələrlə oynayaq. Bu da rəqibin işini asanlaşdırdı. Buna görə də ilk matçımız çətin keçdi. 

Bu haqda çox danımağın mənası yoxdur, amma aydındır ki, meydan bizə kömək olmadı. Türkiyədə təlim-məşq toplanışında baxımlı futbol oynamağa çalışırdıq, amma bu gün bunu edə bilmədik. Nəsə alınmayanda belə biz sona qədər mübarizə aparmalıyıq”.

29 yaşlı braziliyalı müdafiəçi bu mövsüm komandada hamının böyük gözləntiləri olduğunu qeyd edib: “İndi  çox gözəl şəraitimiz var. Hamımız bir olmalıyıq, daha çox çalışmalıyıq. Çünki biz “Neftçi”yik. Azərbaycanın ən böyük klubuyuq. Ona görə də rəqibdən asılı olmayaraq, qalib gəlmək məcburiyyətindəyik”. 

Y. Matias “Bu mövsüm çempionluq uğrunda mübarizə aparan “Neftçi”ni görə biləcəyikmi?” sualına belə cavab verib: “Neftçi”də oynayırsansa, həmişə çempionluğu hədəf almalısan. Çünki “Neftçi” böyük klubdur. Düzdür, ötən mövsüm uğursuz oldu. Amma biz qalib gəlsək də, məğlub olsaq da “Neftçi” əbədi olaraq böyük qalacaq. Ona görə də biz tam gücümüzü qoymalıyıq və kluba layiq olmalıyıq. Hamımız çempion olmaq istəyirik. Bilirik ki, çətin olacaq. Çünki rəqiblərimiz güclüdür. Amma rəqibdən asılı olmayaraq biz çalışmağa davam edəcəyik. Ancaq yaxşı çalışaraq nəyəsə nail ola bilərik. Bu il bir neçə oyunçu ilə də gücləndik. Amma fərq eləmir, gələn olacaq ya yox. Yenə də bir olub, mübarizə aparmalıyıq. 

O, öz oyununu da dəyərləndirib: “Düzünü desəm, özüm haqqında deyə bilmərəm ki, çox yaxşı oyun keçirdim. 1-dən 10-a qədər götürsək, deyərdim ki, 7-dilik oyun göstərdim. Bəzən lazımi qədər konsentrasiya olmadım. Ara ötürmələri verməyi xoşlayıram, amma tam istədiyim kimi alınmadı. Mübarizə aparmağa da çalışdım. Ona görə deməzdim ki, çox yaxşı oyun göstərdim, orta idi” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC