"Şamaxı"nı 1 xala görə təbrik edirəm. Demək olar ki, bu oyunun taleyini birinci hissədə həll etməli idik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın “çərçivə'yə 2 zərbəsi oldu, onlar da qolla nəticələndi”.
Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqanın I turunun “Şamaxı” ilə görüşdən sonra mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- “Sabah”ın müdafiədə bu qədər səhvlərə yol verməsinin, “Şamaxı”dan 2 qol buraxmasının səbəbləri nədir?
- Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental cəhətdən çox yorulmuşdu. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündü.
- Onda belə çıxır ki, hazırkı heyət həm avrokuboklarda, həm də daxili oyunlarda oynamaq üçün yetərli deyil?
- Bəhanələrə sığınmaq istəməzdim. Bu gün 3 qırmızı vərəqəyə və zədələrə görə oyunu buraxan futbolçularımız vardı. Oynamayan futbolçular meydana çıxdı. Onların performansından da razı qaldım. İlk “11-lik”dı birdən-birə 6-7 oyunçu dəyişmək çətindi. Çünki bu qədər oyunçu dəyişikliyi edəndə, oyunundakı kimya da itir. Amma başqa variantlarımız da yox idi.
- Qarşıda sizi “Sent-Patriks”ə qarşı İrlandiya səfəri, daha sonra çempionatda önəmli görüş gözləyir. Mövsümün əvvəlində itirilən xallar sonda qızıldan da qiymətli olacaq?
- Elə danışmayaq ki, sanki sezon bitir. Onsuz da hamı xal itirərəcək. Hələ ki, sezonun əvvəlidi. Gələcəyə oyun-oyun yanaşsaq, daha yaxşıdı. Çünki sabah və ya 7 gündən sonra nə baş verəcəyini bilmirik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC