“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatitanın "Osiyek" klubuyla ilk oyunöncəsi heyətlə bağlı ciddi problemlərlə üzləşib.
Presssport.az xəbər verir ki, bu haqda qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə məlumat verib: "Rafael Utsiq zədələnib. Slovakiyadakı matçdan ayağında ağrılar hiss etdi, əzələ dartması var. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardı. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək".
Onu da bildirək ki, “Zirə”nin son trasnferi olan təcrübəli gürcü yarımmüdafiəçi Georgi Papunaşvili hələ hazır olmadığından bu rəqiblə hər 2 oyunu buraxacaq.
Xatırladaq ki, zirəlilər "Osiyek"lə ilk görüşü avqustun 8-də səfərdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC