Bojoviç "Neftçi"ni daha şanslı sayır: "Düşünmüşdük ki, oyunun taleyi artıq həll olunub"

"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.

- "Sumqayıt" ilk 15 dəqiqədə yaxşı oynadı. Birinci hissənin ortalarına yaxın yaxşı oynamağa başladıq. Bunun nəticəsində qollar vura bildik. İkinci hissədə müəyyən səhvlər oldu. Buna görə də iki qol buraxdıq. Yenə qol vura bilərdik. Hazırki vəziyyətdə bizim şans daha çoxdu.

- İkinci hissədə komandanın yaxşı oynamamasının səbəbi nədir?

- Düşünmüşdük ki, artıq oyunun taleyi həll olunub. Amma sonra oyuna nəzarəti itirdik. Cərimə meydançasına yaxın yerlərdə səhvlər etdik. Bu səhvlərin nəticəsində qollar buraxdıq.

- 4 gün sonra yenidən "Sumqayıt"la, bu dəfə fərqli stadionda oynayacaqsız. Bu matç haqda fikirləriniz necədir?

- Hər oyun bizim üçün önəmlidir. Çünki ortada xal var. Növbəti oyun da ağır keçəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC