Bu gün Konfrans Liqasında (KL) pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçilərinin cütlərinin potensial rəqibləri də müəyyənləşib.
"Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) və "Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütləri səpələnməmişlər səbətində yer alıb.
"Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
"Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək və ilk matçını evdə keçirəcək.
KL-də pley-off matçları 22 avqust və 29 avqusta təyin edilib.
Xatırladaq ki, "Zirə" və "Sabah" 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını isə avqustun 8-də səfərdə, cavab görüşlərini avqustun 15-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC