Konfrans Liqasında mərhələ adlayan "Sabah" və "Zirə" avqustun 8-də avrokuboklarda növbəti oyunlarına çıxacaq.
Presssport.az xəbər verir ki, təmsilçilərimizin səfərdən qayıdandan sonra Premyer Liqanın II turunda üz-üzə gələcəyi maraqlı məqamdı.
Belə ki, avqustun 11-də “Sabah” "Zirə"ni qəbul edəcək. Hər iki komanda üçün çempionatda vacib qarşılaşma olsa da, Konfrans Liqasında cavab oyunu barədə də düşünməli olacaqlar. Bu isə o deməkdi ki, böyük ehtimalla meydana əsas heyətlər çıxmayacaq.
Belə vəziyyətdə "Sabah" - "Zirə" matçının təxirə salınmasının mümkünlüyü müzakirəyə çevrilir. Amma PFL-in Texniki İdman Şöbəsinin rəisi, prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov saytımıza açıqlamasında bunun mümkün olmadığını deyib: "İlk növbədə avrokuboklarda ölkəmizi təmsil edən bütün klublara uğurlar arzu edirik. Avrokuboklarda çıxış edən komandalar eyni zamanda təqvim sıxlığını və beynəlxalq praktikanı nəzərə almalıdı. Peşəkar Futbol Liqasının Əsasnaməsinə əsasən ancaq pley-off mərhələsinə yüksələn komandalar 1 oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər. Qarşı tərəf buna etiraz etməsə, PFL məsələyə baxa bilər".
Xatırladaq ki, III mərhələ çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks", "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC