Təbriz Həsənov: "Sevindirici haldı ki, "Sabah”ın Konfrans Liqasında qələbəsində 2 yetirməsi ən yaxşılardan idi"

“Yusif İmanov bizdə - “Vətən” Futbol Məktəbində 13-14 yaşından başlamışdı. Sonradan isə “Sabah” Futbol Akademiyası yarananda ora keçdi. Demək olar öz doğmamız, yetirməmizdi. “Sabah”ın bütün yaş qruplarında - 17, 19 yaşlılarda, əvəzedicilərdə oldu və ən nəhayət, əsas komandaya düşdü. Sevindirici haldı ki, bu gün Yusif kimi bizim yetirmə ”Makkabi"ylə ev matçının qəhrəmanı oldu".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Sabah”ın Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov deyib.

Təcrübəli mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa "Makkabi"sini keçmələrində qapıçı faktorunu xüsusi vurğulayıb: “Düzdü, qələbədə bütün komandaya “çox sağ ol” düşür. Amma mənə elə gəlir ki, Yusif İmanov həmin gün ən yaxşılardan idi. Baxmayaraq ki, komandamız qapısından 6 top buraxdı, amma Yusif bir neçə yüzdəüyz qol epizodunun qarşısını aldı. Ən əsası, oyunsonrası penaltilər seriyasında İmanovun o topu inamlı çıxarması - ”seyv"i elə bil ki bizim komandaya inam verdi, motivasiyasını artırdı. Görünən odur ki, Yusifin o topu çıxarmasından sonra rəqib komandaya psixoloji zərbə aldı və o üzdən son 2 topu kənara vurdular".

Həsənov digər yetirmələri olan gənc futbolçu - cinah yarımmüdafiəçisi Xəyal Əliyevin də avrokuboklarda uğurlar çıxışına sevinərək, onun soyuqqanlılığına xüsusi diqqət yetirib: “Təbii ki, Xəyal da bizə yaxşı tanışdı, Xaçmazdan ”Sabah" Futbol Akademiyasına qoşulmuşdu. Hətta bir ara Zaqreb “Dinamo”suna təlim-məşq toplanışna gedən uşaqlar içərisində idi, Xorvatiya paytaxtında hazırlıq keçdi. O da gələn kimi özünü yaxşı tərəfdən göstərdi, əsas komandanın məşqlərinə daha tez qatıldı. Sevindirici haldı ki, Konfrans Liqasında “Sabah”ın qələbəsində 2 yetirməsi ən yaxşılardan idi. Xəyalın Macarıstanda vurduğu qolu qeyd eləməmək mümkün deyil. Bakıdakı görüşdə isə Coy-Lens Mikelsin qolunda möhtəşəm ötürməsi yaddaqalan oldu. Doğrudan da hər 2 epizodda ustalıq nümayiş etdirdi. Vurduğu dəqiq penaltini də vurğulamalıyıq. Əvvəla, yaxşı ki baş məşqçi ona - gənc futbolçuya etimad göstərdi. Xəyal da öz növbəsində zərbəni çox soyuqqanlı, düz “9-luğ”a yönəltdi. Çox rahat idi penalti nöqtəsində. Təbii ki, hər ikisini təbrik edirəm və gələcək karyeralarında uğurlar arzulayıram. "Sabah"ın bu 2 yetirməsi hər 2 oyunda özlərini yaxşı tərəfdən göstərdi və mərhələ adlamağımızda böyük pay sahibidi".

Xatırladaq ki, 57 yaşlı Həsənov eyni zamanda “Vətən” Futbol Məktəbinin baş məşqçisidi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC