Portuqaliyalı futbolçu Pedro Maşado karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Presssport.az xəbər verir ki, son olaraq bu ölkədə “Vitoria Setubal”da oynamış 27 yaşlı mərkəz müdafiəçisi müxtəlif ölkələrdən təklif alıb. Bu haqda Portuqaliya mətbuatına danışan futbolçu qəti qərarını vermədiyini vurğulayıb: "Azərbaycan, Ermənistan və İndoneziya klublarından təklif almışam. Portuqaliyanın aşağı divizion klubları da dəvət göndərib. Hələ ki, qərarımı verməmişəm". Onu da bildirək ki, Pedro Vətənində “Olhanense”, “Belenenseş”, “Kasa Pia”, “Oliveyrense”, “Torreense” klublarında da oynayıb. Onun bunadək legioner həyatı yaşadığı yeganə ölkə Rumıniya (“Universitatya Krayova 1948” klubu) olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC