Mahmud Qurbanov "Qarabağ"ın "Ludoqorets"i keçəcəyini sayır: "ÇL-in qrupuna düşmək şansımız böyükdü"

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə düşmək şansı böyükdür"

Presssport.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Bolqarıstan təmsilçisi “Ludoqorets”lə bu gün baş tutacaq matçından əvvəl deyib.

Mütəxəssis Azərbaycan çempionunu rəqibdən daha güclü hesab edib:

“Cütün favoriti “Qarabağ”dır. Çünki “Ludoqorets” 6-7 il əvvəl gördüyümüz möhtəşəm, güclü komanda deyil. Amma oynaya bilirlər, müqavimət göstərməyə çalışacaqlar. Düşünürəm ki, “Qarabağ”ın oyunla bağlı problemi yoxdur. Düzdür, II təsnifat mərhələsindəki rəqib zəif idi, amma komanda göstərdi ki, yaxşı formaya düşür. Fikrimcə, bu cütdən növbəti mərhələyə məhz “Qarabağ” yüksələcək”.

M.Qurbanov “Qarabağ”ın pley-off-da Xorvatiya təmsilçisi “Dinamo”nu keçmək və Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq potensialının çox olduğunu da söyləyib:

“Pley-off-da mümkün rəqib Zaqreb “Dinamo”su olacaq. Amma əvvəlcə “Ludoqorets” səddini keçmək lazımdır. “Dinamo” da ciddi komandadır. Lakin “Qarabağ”ın gücü, potensialı, həm “Dinamo” həm də “Ludoqorets”dən üstündür. Çempionlar Liqasında asan oyunlar olmur. Hər komanda qrup mərhələsinə düşmək istəyər. Oyunların çətin keçəcəyini deyə bilərəm. “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi, meydanda nəyə qadir olduqları məlumdur. Bu səbəbdən komandanı rəqiblərindən üstün tuturam”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” - “Ludoqorets” qarşılaşmasının start fiti saat 20:00-da səsləndiriləcək (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC