Sərbəst güləşçilərimiz Olimpiada üçün Parisə yollanıb

Güləş üzrə Azərbaycanın olimpiya komandasının son heyəti Fransaya yollanıb.

Presssport.az xəbər verir ki, sərbəst güləş üzrə yığmanın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (130 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Giorgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaq.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, boksçumuz Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC