Millimizin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq”ə keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu Miroslav Klozenin baş məşqçisi olduğu komandanın heyətində meydana çıxmağı səbrsizliklə gözlədiyini vurğulayıb: “Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tezliklə meydançaya qayıtmaq üçün əlimdən gələni edəcəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait var. "Nürnberq" çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Mahir II Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC