Almaniyanın “Nürnberq” klubunun rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib.
Presssport.az II Bundesliqa klubun rəsmi saytına istinadən xəbər verir ki, idman direktorları hazırda zədəli olan 27 yaşlı futbolçuya lazımi dəstək göstəriləcəyini bildiriblər.
Yoti Çatzialexu şüurlu şəkildə bu transferə qərar verdiklərini söyləyib: "Çünki Mahirin keyfiyyətinə əminik. O, təcrübəli hücumçudu və məqsədin nə olduğunu bildiyini nümayiş etdirir. “Nürnberq” olaraq bu kateqoriyadan bir oyunçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır. Mahirlə görüşməyi səbirsizliklə gözləyirik və sağalması üçün mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik”.
Olaf Rebbenin isə fikrincə, Mahir hücumçunun ehtiyac duyduğu bir çox komponentləri özündə birləşdirir: "O, yaxşı ölçülərə malikdi, texniki cəhətdən bacarıqlıdı və güclü bitiricilik bacarıqlarına malikdi. İndi işimiz onu mümkün qədər tez komandaya və oyunumuza inteqrasiya etməkdi”.
Xatırladaq ki, Emreli yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC