"Ludoqorets" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermençiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmurki?
- Şanslar 50/50-dir. Razqradda görəcəksiz ki, cütün taleyi necə olur.
- "Qarabağ" üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?
- "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, qol vurmağımız üçün imkan yaranırdı.
- Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?
- Bu haqda çox ətraflı danışmaq istəmirəm.
- Fasilədə futbolçularınıza nə dediz?
- "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.
- Cavab matçında da ilk oyundakı kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?
- Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq.
- İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.
- "Qarabağ" avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?
- Strategiyanı açıqlaya bilmərəm. Amma gərək ağıllı olsunlar ki, qalib gəlsinlər.
- Qurban Qurbanov Avropada feyr-pley mükafatı alıb. Sizcə, komandanız bu cür komandaya qarşı çox sərt oynamadı?
- Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC