Paris-2024: Stadnik Olimpiadada ilk dəfə medalsız qaldı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Presssport.a xəbər verir ki, onun 1/4 finalda məğlub olduğu Otqonjarqal Dolqorjava (Monqolustan) finala vəsiqə qazana bilməyib.

Belə ki, Dolqorjava yarımfinalda ABŞ təmsilçisi Sara Hildebranta uduzub. Bu səbəbdən də Stadnik 5-ci Olimpiadasında təsəlliverici görüşə çıxmaq şansını itirib.

Bu gün mübarizəyə başlayan Mariya 1/8 finalda Almaniya təmsilçisi Anastasiya Blayvasa qalib gəlib, 1/4 finalda isə Dolqorjavin Otqonjarvala (Monqolustan) uduzub.

Xatırladaq ki, 36 yaşlı Stadnik ikiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdı. Onun son Olimpiadasında ilk dəfə medalsız qalması xüsusi vurğulanmalıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC