Azərbaycan kubokunun ¼ final mərhələsində “Araz-Naxçıvan”la səfər matçında zədələnən “Qəbələ”nin futbolçusu Emil Səfərovun durumu bəlli olub.
Presssport.az xəbər verir ki, “Dalğa Arena”dakı görüşün 58-ci dəqiqəsində əvəzlənməli olan gənc yarımmüdafiəçinin çiyni çıxıb.
Həkimlər ona matç bitənədək tibbi yardımı göstərərək çiynini yerinə salmağa müvəffəq olub. Emilin komandasının növbəti matçadək hazırlıqda iştirak edəcəyi gözlənilir. Bu, Premyer Liqanın XXI turunda fevralın 4-də keçiriləcək “Zirə”ylə ev matçı olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC