“Zirə” Xorvatiyada “Osiyek”lə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda da afrikalı legioneri Salifu Sumanın xidmətindən yararlana bilməyəcək.
Presssport.az xəbər verir ki, qəsəbə təmsilçisinin qvineyalı sağ cinah yarımmüdafiəçisi sözügedən matçda cəza üzündən heyətdən kənarda qalacaqş
Belə ki, Sumanın cəzasının bitməsinə hələ 1 oyun da qalıb.
Bakıda Moldovanın "Şerif" klubuna uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan vinger 3 oyunluq diskvalifikasiya edilib. O, Konfrans Liqasında Slovakiyanın “DAC 1904” klubuna qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb. Salifu xorvatlarla avqustun 15-də Mərdəkandakı matçda meydana çıxa biləcək.
Xatırladaq ki, "Osiyek" - "Zirə" qarşılaşması avqustun 8-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC