Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” klubları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma avqustun 15-də Tiraspol şəhərində “Şerif Arena”da baş tutacaq.
Xatırladaq ki, "Zirə" bu mövsüm Avropa Liqasında həmin stadionda 1:0 hesabıyla qalib gəlsə də, sonda bu rəqibi keçə bilməyərək Konfrans Liqasına yollandı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC