Bolqarıstanın “Ludoqorets” klubunun futbolçusu Diniş Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” üzərində Bakıda qazandıqları qələbəni (2:1) şərh edib.
Pressport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadiondaklı matçda başla hesabı açan braziliyalı müdafiəçi cavab görüşü haqda da ümidli danışıb: “Komanda oyunu göstərmək, mübarizə aparmaq və müdafiə olunmaq vacib idi. “Qarabağ”la matçda mühüm qələbə qazandıq. Lakin bu, hələ başlanğıcdı. Razqradda işimizi başa çatdırmalıyıq. “Qarabağ”ın güclü komanda olduğunu bilirdik. Ötən mövsüm Avropa Liqasında etdikləri əla idi. Amma hazır idik və əlimizə düşən şanslardan yaxşı istifadə etdik. “Qarabağ”ı saxlaya bildik, Razqradda çox yaxşı oynamalıyıq. Cavab matçına itkilərlə çıxacağıq. Bernard Tekpetey və Kaio Vidalsız çətin olacaq. Amma ümid edirəm ki, bunun öhdəsindən gələcəyik”.
Xatırladaq ki, cavab görüşü avqustun 13-də Razqradda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC