Azərbaycan Həndbol Federasiyasında 31-ci ölkə çempionatına hazırlıqla bağlı iclas keçirilib.
Presssport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, federasiya nümayəndələri, məşqçilər və hakimlər iştirak edib.
İclasda yeni mövsümdən etibarən kişilərin yarışında 9, qadınların mübarizəsində isə 7 komandanın çıxış edəcəyi bildirilib.
5 dövrədən ibarət olan kişi həndbolçuların yarışında 21 tur keçiriləcək. 9 turu əhatə edəcək ilk mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaq. İkinci mərhələdə isə 1-ci və 4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcək. 5-ci və 9-cu yerlərin sahibləri isə ev - səfər matçında meydana çıxacaq.
Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilk mərhələdə 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaq. Kişilərin turnirində olduğu kimi burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni 5-7-ci yerlərdə tamamlayan kollektivlər isə 2 dəfə üz-üzə gələcək. 31-ci ölkə çempionatı oktyabrın 18-də start götürəcək.
Tədbirdə yeni mövsümdə Avrokuboklarda çıxış edəcək komandalar barədə də məlumat verilib. Ölkəmizi “Kür” və “Bakı”, qadınların mübarizəsində “Qarabağ”, “Kür” və “Azəryol” təmsil edəcək. Tədbirdə həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd olunub. Yarışda Azərbaycanın komandası ilə yanaşı bir neçə ölkə təmsilçisinin iştirakı gözlənilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC