Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Presssport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan milliləşdirilən dağıstanlı legionerimiz yarımfinalda italiyalı Olimpiya çempionu Vito Dellakvila ilə qarşılaşıb.
Maqomedov hər iki hissədə rəqibindən üstün olub - 9:4, 11:1.
Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Xatırladaq ki, avqustun 11-də başa çatacaq Paris-2024-də ndiyədək cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, boksçumuz Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC