İspaniya millisinin 2 üzvü - yarımmüdafiəç Rodri və hücumçu, kapitanı Alvaro Morata 1 oyunluq cəzalandırılıb.
Presssport.az UEFA-ya istinadən xəbər verir ki, təcrübəli futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli bilinib.
Belə ki, onlar Cəbəllütariq dövləti haqqında siyasi xarakterli mahnı oxuyub
AVRO-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyini ələ salan mahnı oxuyub.
Xatırladaq ki, turnirin finalında İspaniya İngiltərəni 2:1 hesabı ilə məğub edərək çempion adını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC