Yeni legioneri "Zirə"də olduğu üçün xoşbəxtdi: "Rəşad Sadıqov həm insan kimi, həm məşqçi kimi ən xoş sözlərə layiqdi"

"Zirə"nin futbolçusu Anje Mutsizni Konfrans Liqası III təsnifat mərhələsinin "Osiyek"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, yay transferi olan ruandalı mərkəz müdafiəçisi böyük komandaya qarşı oynayacaqlarını deyərək, baş məşqçisi Rəşa Sadıqovu tərif edib: "Asan olmayacağını düşünürəm. Rəqib doğma meydanda oynayır. Biz də evə sərfəli nəticə ilə dönmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Baş məşqçimiz həm insan kimi, həm məşqçi kimi ən xoş sözlərə layiqdi. Burda adaptasiya prosesini asanlıqla keçdiyim üçün ona minnətdarlığımı bildirirəm. Bura gəlməzdən öncə "Zirə"də oynamış, Portuqaliyada çıxış edən futbolçularla əlaqə saxladım. Azərbaycan, çempionat haqda xoş sözlər dedilər. "Zirə"də olduğum üçün xoşbəxtəm".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC