Paris-2024: Bu gün 3 güləşçimiz və bədii gimnastımız yarışacaq

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Presssport.az xəbər verir ki, həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.

O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaq. Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək. Hər iki idmançımız 1/8 finaldan başlayacaq.

Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) 3-cü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, avqustun 11-də başa çatacaq Paris-2024-də indiyədək cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Oimpiya çempionu olub, taekvondoçumuz Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb, boksçumuz Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC