"Sent-Patriks"in baş məşqçisi "Sabah"ın maraqlı oyunçu profili olduğunu hesab edir: "Rəhbərliyinin kluba sərmayə qoyduğu göz qabağındadı"

İrlandiyanın "Sent-Patriks Atletik" klubunun baş məşqçisi Stiven Kenni bu gün Dublində Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"a qarşı keçiriləcək ilk görüşü haqda danışıb. 

Presssport.az xəbər verir ki,  irlandiyalı mütəxəssis təmsilçimizə yüksək qiymət verib: “Sabah”ın maraqlı oyunçu profili var. Dörüd hücumçusu Slovakiya, Yamayka, Almaniya və Nigeriyadan, yarımmüdafiə xəttindəki Xorvatiyadan, müdafiədə isə ispan mərkəz müdafiəçisi yer alır. Onların kluba sərmayə qoyduğu göz qabağındadı. Hücum xətti çox yaxşı və istedadlıdı. Beləliklə, həqiqətən oyunumuzu yaxşılaşdırmalı olacağıq. Düşünürəm ki, oyuna nəzarət etməyə çalışmalıyıq. Bunu etmək istərdim. Müdafiədə oynamaq fikrimiz yoxdu. Bizim üçün vacib olan hücumda təhlükəli olmaqdı".

Xatırladaq ki, “Sent-Patriks Atletik” – “Sabah” matçı bu gün Bakı vaxtı ilə 22:45-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC