Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.
Presssport.az AVF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum bu dəfə mütəxəssislər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.
İlk kurs 9-12 avqust aralığında Qəbələ şəhərində baş tutacaq. Burda Oğuz Rayon Voleybol Klubunun tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər olacaq. Sonda imtahanda uğur əldə edən mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaq.
Dərslər FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme tərəfindən keçiriləcək.
Onu da bildirək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda işləyə biləcək. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC