AFFA “Araz-Naxçıvan”ı oyun bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında yeni mövsümün ilk turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi 800 manat cərimə edilib. Oyun bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə naxçıvanlılar meydan sahibi olaraq daha 500 manat cərimə olunub. Matçın 78-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

"Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə meydan sahibi 500 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “Sumqayıt” 1000 manat cərimə olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC