"Sabah"ın rəqibinin baş məşqçisi Bakıda darmadağına sevinib

“Sabah”ın Konfans Liqasının III təsnifat mərhələsində rəqibi olan İrlandiyanın "Sent-Patriks Atletik" klubunun baş məşqçisi Stiven Kenni azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı.

Presssport.az xəbər verir ki, 53 yaşlı irlandiyalı mütəxəssis 3 il əvvəl milli komandamızla qarşılaşıb.

Bu, həmin vaxt çalışdırdığı milli komandasıyla DÇ-2022-nin seçmə mərhələsində olub. Onda - 2021-ci ilin payızındakı görüşlərdə Dublində 1:1, Bakıda isə irlandların böyükhesablı - - 3:0-lıq qələbəsi qeydə alınıb. 

“Sabah”ın futbolçularından 2-si - yarımmüdafiəçilər Namiq Ələsgərovla Anatoli Nuriyev həmin matçlarda oynayıb. Sadəcə, Namiqdən fərqli 2 ay əvvəl əməliyyat olunan Nuriyev hələ ki tam hazır olmadığından yeni mövsümdə meydana çıxmayıb və bu axşam da oynaması sual altındadı. 

Xatırladaq ki, “Sabah” irlandların ilk olaraq Dublində olacaq, 1 həftə sonra isə Masazırda onları qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC