Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Presssport.az xəbər verir ki, qurum üzvləri Azərbaycan kubokunun ¼ final matçlarıyla bağlı aşağıdakı qərarları çıxarıb:
30.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qəbələ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC