Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində geriləyib.
Presssport.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra baş verib.
Belə ki, 24-cü sırada yer alan ölkənin əmsalı 18,500-ə bərabərdi.
"Qarabağ" Çempionlar Liqasında Bakıda Bolqarıstanın "Ludoqorets" komandasına uduzub - 1:2.
"Sabah" Konfrans Liqasında İrlandiyada "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə Xorvatiyada "Osiyek"lə heç-heçə edib - 1:1. Bu bərabərlik Azərbaycanın aktivinə 0,125 xal qazandırıb.
23-cü pillədəki Slovakiyanın 18,750, 25-ci yerdəki İsveçin 18,375 xalı var.
Onu da bildirək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC