Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Presssport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 finalda Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazanacağı halda, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaqdı. Lakin Çermen finala yüksələ bilməyib. Belə ki, o, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.
Xatırladaq ki, Azərbaycanın Paris-2024-də güləşdə hələ ki yalnız yunan-Roma növündə çıxış edən Həsrət Cəfərovla bürünc medalı var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC