Yeni mövsümün hazırlığını davam etdirən Yüksək Liqa təmsilçisi “Baku Fire” yoxlama oyunu keçirib.
Presssport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz Bakıda təlim-məşq toplanışında olan Qazaxıstanın “Astana” klubu ilə qarşılaşıb.
“Olimpik Star”da baş tutan görüş “Baku Fire”in üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Ötən mövsüm Yüksək Liqada gümüş medal qazanan komandanın heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqlənib.
Onu da bildurək ki, Azərbaycan millisinin də üzvü olan Rövşən Hüseynli hazırda “Astana” klubunun formasını geyinir. Qazaxıstan təmsilçisi avqustun 13-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC