Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Presssport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 finalda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb.
O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşüb. Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.
Milliləşdirilən gürcü legionerimiz finala gedən yolda həmyerlisi Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb. Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub.
Meşvildişvili sabah bürünc medal uğrunda mübarizə aparacaq. O, Oleksandr Xotsianivski (Ukrayna) – Robert Baran (Polşa) görüşünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan güləşdə güləşdə hələ ki yalnız yunan-Roma növündə çıxış edən Həsrət Cəfərovla bürünc medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC