Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3.
İspanlardan Fermin Lopes də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Xatırladaq ki, İspaniyanın əsas yığması bu yay AVRO-2024-ün qalibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC