Mahaçqalanın “Dinamo” klubunun prezidenti Hacı Hacıyev baş məşqçisi Kurban Berdiyevin mümkün gedişiyə bağlı danışıb.
Presssport.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin klubdan ayrılmadığını və komanda ilə birlikdə Türkiyədə təlim-məşq toplanışında olduğunu bildirib: "“Onun getməsi mümkündürmü? Bizim dünyada hər şey ola bilər, amma indi o, komandadadı. Hazırda məşqdə olmalıdı. Bizdə belə olmur ki, məşqçi getsin və klub rəsmi açıqlama verməsin. Kurban Bekiyeviçlə o qədər də asanlıqla ayrılmayacağıq - o, elə səviyyədə məşqçi deyil ki, belə vidalaşaq. Klub ona gördüyü bütün işlərə görə minnətdardı. Məşqçiyə ən yüksək hörmətimiz var”.
Rusiyalı jurnalistlər Berdıyevin getməsinin səbəbini açıqlamasalar da, qazax həmkarlarımız bunun məşqçinin səhhəti ilə bağlı olduğunu bildirib. Belə ki, mahaçqalıların təlim-məşq toplanışımda keçdiyi Türkiyədə baş məşqçiyə ürəyində yaranan problemə görə özünü pis hiss edib.
Xatırladaq ki, 71 yaşlı Berdıyevin karyerasını Azərbaycanda davam etdirəcəyi deyilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC