Paris-2024: Meşvildişvili Azərbaycana 6-cı medal qazandırıb

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.

Presssport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan milliləşdirilən gürcü legionerimiz Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. 

Bununla da Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc mükafatı yazdırıb. 

Bu, eyni zamanda Paris-2024-də sərbəst güləş növündə ilk medalımız olub. Bunadək yalnız yunan-Rma növündə çıxış edən Həsrət Cəfərovla “bürünc”ə sahib olmuşduq. 

Xatırladaq ki, sabah başa çatacaq Paris-2024-də cüdoçularımız indiyədək cüdoçularımızdan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçumuz Qaşım Maqomedovla (58 kq) boksçumuz Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC