Azərbaycanın güləş millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləşçi Giorgi Meşvildaşvilinin bürünc medal qazanaması ilə bağlı danışıb.
Presssport.az xəbər verir ki, adıçəkilən çütəxəssis uğurlu nəticəni dəyərləndirib:
"Məşqçilər korpusunda dünya və olimpiya mükafatçıları var, hamı maksimalistdir. Uşaqları maksimum dərəcədə hazırlamışdıq. Gerisi özlərindən asılı idi. Ən yaxşı nəticəyə köklənmişdik. Təəssüf ki, hələlik bir bürünc medalımız var. Təbii ki, hədəf finala çıxmaq idi. Amma alınmadı. Bununla belə, bürünc medal da bir nəticədir. Sabah daha bir bürünc medalımız ola bilər. Gələcəkdə nəticələrimizi daha da yaxşılaşdırmaq üçün çalışacağıq".
Xatırladaq ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC