Meşvildişvili üçün qazandığım bürünc medal qızıla bərabərdi: "Azərbaycanı öz doğma vətənim sayıram"

"Azərbaycana mənə bu şansı yaratdığı üçün minnətdarlığımı bildirirəm”.

Presssport.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçimiz Giorgi Meşvildişvili deyib.

Olimpiya mükafatçımız qazanılan medalın onun üçün çox dəyərli olduğunu vurğulayıb: “Bu medal mənim üçün qızıla bərabərdi. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə “çox sağ ol” deyirəm. Biz bir komandayıq, bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burda özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Barana qalib gələrək Paris-2024-ün bürünc medalına sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC