"Osiyek"in futbolçusu Anton Matkoviç Konfrans Liqasının III təsnifat mərhələsinin “Zirə”yə qarşı ilk oyundakı (1:1) heç-heçəni şərh edib.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 18 yaşlı xorvatiyalı conah oyunçusu evdəki heç-heçənin ədalətsizlik olduğunu söyləyib: “Bu, biabırçılıq və uğursuzluqdur. Hətta deyərdim ki, idman ədalətsizliyidi. 95 dəqiqə ərzində bir saniyə belə mübarizəmizi dayandırmadıq. Son dəqiqədə qol buraxdıq. Təbii ki, indi daha ağıllı, daha hiyləgər olub vaxta görə oynaya bilərdik, demək asandı. Amma belə alındı”.
Gənc futbolçu futbolçu deyib ki, Bakıdakı matçda şirlər kimi mübarizə aparıb, növbəti mərhələyə adlayaraq zirəliləri hər cəhətdən üstələyəcəklər: "Fasilə zamanı paltardəyişmə otağında oyunu eyni məcrada davam etdirmək haqda danışdıq. Lakin sonradan bizə daha çox yer buraxmaqla yanaşı, “Zirə”nin daha qətiyyətli hücuma keçib-keçməyəcəyini görmək üçün topu bir az saxlamağa qərar verdik. Qələbə qazana bilmədiyimiz təəssüf doğurur".
Xatırladaq ki, cavab matçı avqustun 15-də "Dalğa Arena"da saat 20:30-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC