"Araz-Naxçıvan" Misli Premyer Liqasının II turunda evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıaraq öncə görüşlə bağlı düşüncələrini bölüşüb
- Maraqlı oyun alındı. Hər iki komanda hücum futboluna üstünlük verirdi. "Şamaxı" yeni komanda olsa da, bilirik ki, Ayxan Abbasov həmişə əzmkar kollektiv formalaşdırır. Ona görə də komandanı həftə ərzində ağır oyuna kökləyirdik. Futbolçular verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışırdı. Getdikcə daha yaxşı səviyyəyə qalxacağıq. Bu komanda yaxşı siqnallar verir. Futbolçularımı təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmaq lazımdır.
- Futbolçularınız sanki yorğun görünürdü...
- Oyunun tempini futbolçularım qaldırıb-salırdı. Amma yorğunluq yox idi. Hələ ikinci turdur, komanda tam hazır ola bilməz. Təlim-məşq toplanışında 2 oyun keçirmişik. Ümumi 4-cü matçımızdır. Getdikcə daha optimal formaya yaxınlaşacağıq.
- İlk turla müqayisədə qapıda dəyişiklik etdiniz. Bunun səbəbi nədir?
- Tərlan Əhmədlini ötən oyundakı səhvinə görə ehtiyatda saxlamadıq. Tam səmimi deyirəm ki, hər 2 qapıçımız "1 nömrə"di. İkisinə də şans verəcəyik.
- Çempionatda hədəfiniz nədir?
- Hədəf 2-ci tura görə deyilmir, o hədəfi "Qarabağ" deyə bilər. Onlarda neçə illərin oturuşmuş heyəti var. Bizim kimi komandalar növbəti oyuna köklənir. Oynadıqca, qələbələr qazandıqca hədəfdən danışmaq mümkündü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC