"Generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq" - Şahin Diniyev

"Səbail" Misli Premyer Liqasının II turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Dİniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb.

- Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdı. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdi. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bol qollu, şanslı oyun idi. Baxmayaraq ki, 2 qol oldu. Biz generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da. Heç-heçə başlanğıc üçün yaxşıdı. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər.

- Sizə nə qədər vaxt lazımdır ki, komanda tam “oturuşsun”?

- Vaxtdan çox daha çox çalışmaq lazımdı. Vaxıtmız yoxdu, hər gün işləməliyik. "Zirə" ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm ki, 4-5 oyun lazımdı. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var.

- Aleksander Ramalinqomun gedişindən sonra sırf hücumçu sanki görünmür. Transfer edəcəksiz?

- Transferlərə nöqtə qoymuşuq - ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Boali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdı. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan "Səbail" gördük. "Qarabağ"a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan "Səbail" olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan "Səbail" görməyəcəyik.

- Bu oyun həm "Neftçi", həm də "Səbail" üçün vacib idi. Bu bir xal sizə, yoxsa "Neftçi"yə yaradı?

- Udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə, bir az yaxın olan biz idik. Epizodlarımız var idi. "Neftçi" - "Turan Tovuz" matçına baxdınız. O oyunun keyfiyyəti və bu oyunun keyfiyyəti... Özünüz baxın. İki cür məşqçi olur - biri sırf nəticə üçün oynayan, digəri yaxşı futbol oynadan. Bəlkə də "Zirə" ilə görüşdə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur, buna çatmaq çətindi.

- Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi...

- Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına düşmürdü ki, kapitanlıq ondadı.

- Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir? Narazı görünürdüz..

- Məşqçi görmüsüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun “ipini buraxmırdı”. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC