Paris-2024: Azərbaycan Olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.

Presssport.a xəbər verir ki, yarışda 7 medal qazanan Azərbaycan milli komandası Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Çin medal sıralamasında lider olub. Sözügedən ölkə 40 qızıl, 27 gümüş və 24 bürünc qazanıb. ABŞ (39 qızıl, 44 gümüş, 42 bürünc) 2-ci, Yaponiya isə (20 qızıl, 12 gümüş və 13 bürünc) 3-cü olub.

Azərbaycan Olimpiadanı 2 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vurub. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıb 

Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. Belə ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdu.

Xatırladaq ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC