“Mövsümə əla başladıq”.
Presssport.az xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunun yeni transferi olan millimizin futbolçusu Renat Dadaşov şəxsi “İnstagram” hesabında yazıb.
I Liqanın ilk turunda "Şanlıurfaspor"la matçda fərqlənən 25 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib: "Biz çalışmağa davam edəcəyik".
Xatırladaq ki, qarşılaşma "Ankaragücü"nün qələbəsi ilə bitib - 2:0. 67-ci dəqiqədə oyuna daxil olan Dadaşov bundan 10 dəqiqə sonra komandasının 2-ci qoluna imza atıb. Renat avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC