"Neftçi” Misli Premyer Liqasına ardıcıl 2 heç-heçə ilə başlayıb.
Presssport.a xəbər verir ki, adıçəkilən klub tarixində ilk belə hal olub.
Belə ki, Roman Qriqorçukun komandası öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) “sülh”ə imza atıb.
Eyni komandanın startdakı 2 turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/16 mövsümündə yaşanıb. Həmin vaxt 2 komanda - “Sumqayıt” və “Kəpəz” startda heç-heçələri sıralayıb.
Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb.
“Bakı” (2011/12, 2012/13) və “Kəpəz” (2010/11, 2015/16) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993/94, “Turan” 1996/97, AZAL 2008/09, “Simurq” 2012/13, “Xəzər Lənkəran” 2013/14, “Sumqayıt” 2015/16 mövsümündə sülhsevərlik göstərib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC