Rəşad Sadıqova italiyalı həmkarının açıqlaması qəribə gəlib, pis təsir edib: "Eldar soyuq və sərt cavab veribsə, yalnışlığa yol verib"

"Zirə" Misli Premyer Liqasının II turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmaq haqda danışıb.

- Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı. "Sabah" da qələbə qazana bilərdi. Sadəcə, biz yararlandıq epizodlardan və qalib gəldik. "Sabah"a qarşı səfərdə oynamaq çox çətindi. Şükür Allaha vacib üç xal qazandıq.

- Bu qələbə "Osiyek"lə oyunqabağı əlavə stimul olacaq? Heyətiniz yetərlidi?

- İki “cəbhə” planı cızmırıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdi. Transferlərin iki “cəbhə” ilə əlaqəsi yoxdu. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var.

- Bugünlərdə Eldar Quliyev milliləşdirmə ilə bağlı mətbuata açıqlama verib. Deyib ki, "Azərbaycan pasportu nəyimə lazımdır?" Onunla söhbətiniz olub?

- Onunla xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu, məni sevindirir. Asan deyil. Kim olsaydı, razılaşardı ki, gedim Azərbaycan millisində oynayım. Rəqabət aparır, şansı da var. Amma soyuq və sərt cavab veribsə, yalnışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Olmursa da, seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq. 

- Rüstəm Əhmədzadənin performansından razısınız?

- Rüstəmin oyunundan son dönəmlərdə razıyam. Yaxşı forma əldə etmişdi. Yanvardan sonra zədələndi və nəticədə meydanlara 3 aya qayıtdı. Təcrübəli fizioterapevt deyirdi ki, belə əzələ zədəsi görməmişəm. Ağır zədə olsa da, döndü. Sırf "Osiyek"lə matça qızdırma ilə çıxmışdı. Salifu Suma cəzalı idi, Rafael Utsiqin ağrıları var idi. Rüstəm yaxşı mübarizə apardı. "Səbail", “DAC 1904” ilə oyunlarda möhtəşəm oynadı. Bugünkü matçda çox futbolçuda top itkiləri var idi. Meydança qurumuşdu, hamı bunun əziyyətini çəkirdi. Rüstəm çox yaxşı mübarizə apardı.

- Xorvatiyada demişdiniz ki, bizi cavab matçından əvvəl derbi gözləyir. Derbi ab-havası var idi bu gün?

- Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdi. Mənim üçün derbi ab-havası var idi. Hesabda irəli çıxdıqdan sonra "Sabah" böyük qüvvə ilə irəli atıldı. Rəqibin müdafiəsində boşluqlar axtarırdıq. Mənim üçün derbi ab-havasında keçdi. Bu dəqiqədən sonra "Osiyek"lə oyun haqda düşünəcəyik.

- Premyer Liqada hədəfiniz nədir?

- Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçu var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidi. Mehribanlıq da həmçinin. Bunu da etmişik.

- "Osiyek"in baş məşqçisi Frederiko Koppitelli bildirib ki, "Zirə"nin qol vuracağı inandırıcı görünmürdü. Bu haqda düşüncələriniz…

- Oxumuşam. Dərhal mənə də pis təsir etdi. Məşqçinin açıqlamasını görmüşəm, qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC