Renduliç jurnalistlərdən üzr istədi, "Neftçi"nin uğursuzluğunu misal gətirdi: "Bunu düşünsəm, 2 günə dəli olaram"

"Sabah" Misli Premyer Liqasının II turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşlə bağlı fikirlərini söyləyib:

- Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik.

- Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

- "Zirə" çətin komandadı. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə, penalti hər şeyi dəyişdi və uduzduq.

- Amin Seydiyevin performansı haqda nə düşünürsünüz? Avrokuboklardada səhvlər edir. Ona istirahət vermək fikriniz var?

- Hansı səhvləri?

- Mövqe səhvləri...

- Futbol “playstation” deyil. Futbolçular oynayır və səhv edir. Səhvər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm mükəmməl idi. Oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. 6 oyunçumuz səhv edir, onları dərhal dəyişmək lazımdı? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

- "Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədi? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya yaranıb?

- İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü 3-cü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidi. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdı. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.

- "Sabah"ın sabahını necə görürsünüzz?

- Klub gəncdi və hər ilinkişaf edir. 7 il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Uzun illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orda atmosfer necədi? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? İki il içərisində gördüyümüz işlərlə fəxr etməliyik.

- Suallar veriləndə aqressiv olursuz. Niyə belədi?

- Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?

- Həmişə növbəti oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

- Sizcə, "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?

- Gələcəklə bağlı məqsədlərimiz ola bilər. Biz də qrupda oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadır?

- Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, 2 günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik. Addım-addım düşünürük.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC