Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.
Presssport.az xəbər verir ki, o, Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.
Belə ki, Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.
Beynəlxalq dərəcəli hakimimiz bundan 1 gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə 3-cü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında 2-ci hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC