Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyevin karyerasını başa vurması ilə bağlı sosial şəbəkə hesabında yazıb.
Presssport.az xəbər verir ki, qurum rəhbəri ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacıya təşəkkürünüü bildirib: “O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı”.
Xatırladaq ki. 33 yaşlə Əliyev karyerasında çoxsaylı titullar qazanaraq yalnız Olimpiya çempionu ola bilməyib. O, Paris-2024-də çıxışını ¼ finalda dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC