"Qətiyyətlə deyə bilərəm ki, "Qarabağ” çox böyük beynəlxalq təcrübəyə malik komandadı. Biz isə geniş heyətə malikik. Hərçənd ki, Bernard Tekbetey xoşagəlməz zədə aldı".
Presssport.az xəbər verir ki, bu sözləri "Ludoqorets"in baş məşqçisi Georgi Dermenciyev Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab matçı üçün keçirilən mətbuat konfransında deyib.
Təcrübəli bolqar mütəxəssis komandasının evdəki görüşə yaxşı hazırlaşdığını söyləyib: "Qarabağ"la səfər matçında futbolçularımı tanıdım. Onlar heç nəyə görə narahat deyil və hər oyunda qol vurur. Bu, bizim üçün son dərəcə vacib, eyni zamanda çox çətin oyundu. Futbolçuların vəziyyəti yaxşıdır. Qarşılaşmaları bir-bir nəzərdən keçirəcəyik. "Levski" ilə oyun üçün vaxtımız var".
Bolqarıstan çempionunun çalışdırıcısı Bakıda 261 hesabıyla məğlub etdiyi Ağdam klubunu və həmkarı Qurban Qurbanovu tərifləyib: “Qarabağ” hərtərəfli Avropa komandasıdır. Onların hekayəsini yaxşı bilirəm, məşqçilərini və onun işini yaxşı tanıyıram. O, böyük peşəkardı”.
Xatırladaq ki, “Ludoqorets” – “Qarabağ” matçı sabah Razqraddakı “Huvefarma Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC