Azərbaycan Voleybol Federasiyasının (AVF) Qəbələ şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.
Presssport.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində baş tutan və dörd gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda “Oğuz RVK”nın tərkibinə daxil olan şəhər və rayonların 15 məşqçi-müəllimi iştirak edib.
Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahan verib. Hər iki imtahanı uğurla keçən 14 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.
Onu da bildirək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC