Tibbi məsələlər üzrə onlayn seminar təşkil olunub

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən klubların tibb sahəsində çalışan əməkdaşlarının və lisenziyalaşdırma üzrə menecerlərinin iştirakı ilə Tibbi məsələlər üzrə onlayn seminar təşkil olunub.

Presssport.az xəbər verir ki, tədbirə Premyer Liqa, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqası yarışlarında çıxış edən komandaların nümayəndələri qatılıblar.

Seminarda aşağıdakı mövzular üzrə təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb:

- Lisenziyalaşdırma sistemi barədə ümumi məlumat;

- Lisenziyalaşdırma qaydalarına əsasən tibb sahəsinə aid meyar və tələblər:

- Tibbi sahəsində çalışan əməkdaşların tələb olunan minimum ixtisasları;

- Gənc oyunçular üçün təşkil olunmalı anti-dopinq təlimlərinin təşkili;

- Peşəkar oyunçuların və akademiya üzvləri üçün illik tibbi baxışları ilə bağlı tələblər;

- Oyunçuların tibbi kartları və bu kartların yenilənməsi ilə bağlı tələblər;

- Stadionda tibb otağı, dopinq testləri otağı və bu otaqlarda tələb olunan ləvazimatlar;

- Tibbi məsələlərə aid sənədlərin təqdim olunması üçün son tarixlər.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC